Bu bölmədə siz göz nahiyəsində estetik və rekonstruktiv əməliyyatlarla tanış ola bilərsiniz.
Blefaroplastika göz qapaqlarının üzərində artıq dəri və piy toxumasının xaric olunmasıdır. Bu əməliyyat estetik (yaşla bağlı dəyişikliklər) və terapevtik (ptoz, entropiya və ektropiya və s.) ola bilər.
Öz işimdə mənim üçün vacib olan pasiyentin göz qapaqlarının zahiri görünüşü və vəziyyətini dəyişmək deyil, baxışı daha “geniş açmaq”, onu daha gənc və təravətli etməkdir.
Blefaroptoz – gözün qismən və ya tam qapanmaqla müşayiət olunan üst qapağın anomal düşməsidir. Səbəb ya üst göz qapağını qaldıran əzələnin anomaliyası, ya da gözün hərəki siniri patologiyasıdır.
Blefarospazm – gözlərin qeyri-ixtiyari qapanma və göz qırpması ilə müşayiət olunan gözətrafı əzələlərin spazmıdır.
Blefaropazm törəmələr, kəllə-beyin travması, infeksiya, Turett sindromu və ya ümumiyyətlə hər hansı səbəb olmadan (ki. çox zaman belə də olur) yarana bilər.
Burun-gözyaşı kanalının tutulması – göz yaşının təbii kanalla axmasının əngəlləyən patologiyadır.
Belə problem daha çox yenidoğulmuşlarda ratst gəlinir, lakin 1 yaşa qədər burun-gözyaşı kanal üzərində hər-hansı əməliyyat aparılması məsləhət görülmür, çünki adətən körpələrdə o, cərrahi müdaxilıəsi olmadan açılır.
2015-ci ildən mən Azərbaycanda ALLERGAN-ın (bokoks® istehsalçısı) rəsmi təlimçisiyəm. Bu o deməkdir ki, mən botulotoksin və fillerlərin yeridilmə texnikası üzrə elmi-praktik seminarlar və treninqlər keçirirəm.
Göz qapağının rekonstruksiyası əməliyyatları həm posttravmatik, həm də postcərrahi defektlərdə aparılır.
Göz qapağının bərpası onun hansı hissəsinin zədələndiyindən asılı olaraq aparılır.
Qocalma prosesi çox vaxt qaş xəttinin aşağı düşməsi və alında dərin qırışların yaranması ilə müşayiət olunur.
Belə məqamda yardıma brouliftinq proseduru gəlir. Bu əməliyyat zamanı üzün yuxarı ⅓ hissəsi dartılır, bunun hesabına qaş xətti qalxır və alnın dərin qırışları hamarlaşır. Bu prosedurla daha açıq və cavan baxış, bu nahiyədə isə daha bərk və elastik dəri əldə edirik.
Bazedov xəstəliyi və ya diffuz toksik zob – antitellərin vəzə intensiv təsir edərək daha çox hormon hasil etdirən autoimmun xəstəlik
Üz sinirinin iflici – mimik əzələlərinin funksiyalarının pozulmasıdır.
Onun təzahürlərindən biri sinir iflici hesabına pasiyentin gözünün qapaya bilməməsidir.
Təəssüf ki, gözü bağlayan əzələnin funksiyasını, yəni sinirdən əzələyə gedən impulsu bərpa etmək mümkün deyil.
Entropion və ektropion – göz qapağının içəri və ya bayıra qatlanması halıdır. Bu patologiya pasiyentdə boyük diskomfort hissi yaradır.
Entropiyada kirpiklər pasiyentin göz almacığını sürtüb qıcıqlandırır, ektropiyada isə göz yaşı kanalı boyu düzgün paylana bilmir.
Kantoplstika – göz kəsimini dəyişdirmə əməiyyatıdır. Nəticədə kantak vətər kəsilib qısaldılır və yeni göz kəsimi formalaşdırlır.
Göz qapaqlarının retraksiyası daha çox bazedov xəstəliyi nəticəsində yaranır.
Bundan başqa, göz qapağı retraksiyası göz qapaqlarında aparılmış əməliyyatlardan sonra yaranmış fəsad da ola bilər.