Blefaroplastika göz qapaqlarının üzərində artıq dəri və piy toxumasının xaric olunmasıdır. Bu əməliyyat estetik (yaşla bağlı dəyişikliklər) və terapevtik (ptoz, entropiya və ektropiya və s.) ola bilər.
Öz işimdə mənim üçün vacib olan pasiyentin göz qapaqlarının zahiri görünüşü və vəziyyətini dəyişmək deyil, baxışı daha “geniş açmaq”, onu daha gənc və təravətli etməkdir.
Buna görə də əməliyyatlar hər pasiyent üçün fərdi seçilir və üzün ümumi formasından, gözün oturuşundan, göz kəsimindən və s. asılıdır. Göz qapaqlarının anatomiyasını nəzərə almaq lazımdır ki, əməliyyatdan sonra əsas funksiyalar olan müdafiə və gözün nəmləndirilməsi pozulmasın.
Alt və üst blefaroplastikanın fərqi nədir?
Üst blefaroplastika – cərrah tərəfindən xüsusi dəqiqlik tələb edən mürəkkəb cərrahi əməliyyatdır. Əməliyyat zamanı göz qapağının təbii qatı boyu kəsik aparılır.
Alt blefaroplastika – daha mürəkkəb əməliyyatdır. Ortadakı əzələ alt qapağı tuta bilmədiyindən o, hər iki tərəfdən tutulur. Fəsadlar olmasın deyə əməliyyat xüsusi dəqiqliklə aparılmalıdır.