Plastika və rekonstruksiya

Retraksiya

Göz qapaqlarının retraksiyası daha çox bazedov xəstəliyi nəticəsində yaranır.

Bundan başqa, göz qapağı retraksiyası göz qapaqlarında aparılmış əməliyyatlardan sonra yaranmış fəsad da ola bilər.

Bu ona görə baş verir ki, alt göz qapağını ortadan tutub qravitasiya hesabına onu aşağı dartacaq əzələ yoxdur və o yalnız kənarlardan qamaq prinsipi əsasında bərkidilib. Bir qayda olaraq, belə hallar uğursuz əməliyyatdan sonra və ya dərini normadan artıq kəsib çıxartdıqda baş verir.

Retraksiyanın müalicəsi patologiyanın inkişafından yalnız 6 ay sonra gözün rekonstruksiyası əməliyyatı ilə  aparıla bilər. Nadir hallarda pasiyentdə bədənin başqa yerindən dəri köçürməsi aparıla bilər. Çox vaxt kantoplastika edilir. 

Göz qapağı – daim hərəkətdə olan dinamik strukturdur. Buna görə də rekonstruktiv cərrahiyyə aparmaq üçün bu zonanın anatomiyasını dərindən bilmək lazımdır.Rekonstruksiya haqda daha ətraflı bloq bölümündə oxuyun. 

Üst göz qapağının retraksiyası.