OFTALMOLOGİYA

Bu bölmədə siz müxtəlif göz xəstəliklərinin təsvirini və onların müalicə üsullarını tapa bilərsiniz.

c1

Katarakta

göz almasının içində qüzehli qişa ilə şüşəyəbənzər cismin arasında yerləşən göz büllurunun qismən və ya tamamilə bulanmasıdır.

İntraokulyar linzalar

İntraokulyar linzalar – katarakta zamanı insanın öz bulanmış linzasını (büllurunu) əvəz edən linzalardır. Onları kataraktanın müalicəsi zamanı istifadə edirlər, bəzi hallarda isə onlar gözün lazer korreksiyası zamanı alternativ hesab olunur (onları kontakt linzalarla qarışdırmayın).

Konyunktivit

Konyunktivit zamanı gözlərin qızarması, sarı-yaşıl rəngli ifrazat və ya adi göz yaşı müşahidə olunur.

 

Konyunktivitin müalicəsi fərdidir və onu inkişafına səbəb olmuş amillərdən asılıdır. 

Qlaukomanın müalicəsi

Qlaukoma – görmə sinirinin geri dönməyən zədələnməsidir. Odur ki, əksər hallarda qlaukomanın müalicəsi mümkün deyil. Sadəcə gözdaxili təzyiqin normallaşması hesabına prosesi dayandırmaq olar.

Pterigiumun müalicəsi

Pterigium müalicəsini mümkün qədər tez başlamaq lazımdır – ilk simptomlarda mütləq həkimə müraciət edin.

 

Pterigiumdan azad olmağın yeganə effektiv yolu əməliyyatdır.

Previous slide
Next slide

Xalazionun müalicəsi

Xalazionun müalicəsi xəstəliyin dərəcəsindən asılıdır. Buna görə də diaqnozu qoyub, mümkün qədər müalicəyə başlamaq çox vacibdir.

 

İlk mərhələlərdə medikamentoz müalicə kifayət edir, lakin proses artdıqca müalicəyə iynə və hətta cərrahi müdaxilə qoşulur.

Miopiya

Zəif görməni iki yolla müalicə edirlər:

  • əməliyyat etmədən – eynək, kontakt linzalar (onlar pasiyentə daha yaxşı görməyə kömək edir, lakin görmə problemini aradan qaldırmır)
  • əməliyatla – bunu da iki yolla edirlər:
  1. linzanın implantasiyası ilə əməliyyat. Bu linzalar ömürlük qoyulur.
  2. gözdaxili səthi – son nəsil  ALCON EX500 eksimer lazer aparatı ilə lazer korreksiyaları 

Hipermetropiya

Hipermetropiya – pasiyentlərin yaxında, zamanla isə uzaqda da  yerləşən əşyaların fokuslamaqda çətinlik çəkdiyi patologiyadır. 

 

Bunun yaşla nə əlaqəsi var?

 

Yaxını pis görmə  – anadangəlmə patologiyadır, uşağın bir gözü yaxşı görürsə, o şikayət etmir və təəssüf ki həmin göz tənbəlləşir.

Astiqmatizm

Astiqmatizm – çox rast gəlinən görmə problemlərindən biridir. Əşyaya fokuslana bilməmə problemi 2 mlrd dan çox insanda müşahidə edilir, bu isə planetin hər dördüncü sakinidir.  

Bloq

Bu bölmədə özünüz üçün faydalı məlumatlar tapa bilərsiniz.