Plastika və rekonstruksiya

Astiqmatizm

Astiqmatizm – çox rast gəlinən görmə problemlərindən biridir. Əşyaya fokuslana bilməmə problemi 2 mlrd dan çox insanda müşahidə edilir, bu isə planetin hər dördüncü sakinidir.

Astiqmatizmli insanlar necə görür?

Düz xətləri belə pasiyentlər əyri və sınıq görünür. belə olduqda isə baş ağrıları və ümumi halsızlıq müşahidə olunur.Məsələn lampaya baxdıqda onu dairəvi deyil uzunsov görür.

Astiqmatizmin bir neçə növü var:

  • sadə hipermetropik və miopik (həm miopiya, həm hipermetropiya bir göz almacığının meridianında və normal görmə o birisində)
  • mürəkkəb hipermetropik və miopik (gözün əsas meridianlarında müxtəlif dərəcəli miopiya və hipermetropiya)
  • qarşıq astiqmatizm – bir meridianda hipermetropiya, o biri meridianda miopiya.

Astiqmatizmin müalicəsi 2 cür aparılır:

  • əməliyyat etmədən – eynək, kontakt linzalar (onlar pasiyentə daha yaxşı görməyə kömək edir, lakin görmə problemini aradan qaldırmır)
  • əməliyatla – bunu da iki yolla edirlər:
  1. gözdaxili – linzaların implantasiyası əməliyyatı. Linzalar daimi olaraq gözə taxılır və insanın öz büllurunu əvəz edir.
  2. səthi – ALCON EX500 lazer eksimer aparatı ilə gözün lazer korreksiyası.

Eşitdiyimiz çoxsaylı miflərə rəğmən bunlar görmə problemini aradan qaldıran yeganə yoxlanılmış vasitələrdir. 

Onlar haqda daha ətraflı mən bloqumda danışıram. 

Astiqmatizm testi №1

  1. Bir gözünüzü bağlayın, monitordan 3-5 addım uzaqlaşın və dairəyə baxın.
  2. Bəzi xətlərin digərlərindən daha qalın olub-olmadığına diqqət yetirin.
  3. Əgər belədirsə – sizdə astiqmatizm var.

Astiqmatizm testi №2

  1. Əvvəl bir, sonra digər gözünüzü bağlayın.
  2. Xətlənmiş kvadratları eyni qalınlıqda görürsünüzsə, sizdə astiqmatizm yoxdur.
  3. Xətlənmiş kvadratları fərqli qalınlıqda, bir və daha çox kvadratı boz rəngdə görürsünüzsə, sizdə astiqmatizm var.

Astiqmatizm testi №2

Simens ulduzunun qara şüaları ağ fonda mərkəzdən periferiyaya dağılır. Əgər görməniz ideal deyilsə, şüalar mərkəzə çatmadan yayılır və bir-birinə qarışır. Çox kiçik sahədə onlar ağ fona qarışa bilər. Lakin mərkəzə tərəf getdikcə şüaların kənarları daha dəqiq görünür. Eyni zamanda, təsvir öz neqativinə çevrilir. Qara şüanın yerində ağ fon görünür, ağ fonun yerində isə – qara şüa. Şüanın gedişi boyu belə inversiya bir neçə dəfə təkrarlana bilər.

Yaxşı görmə qabiliyyəti olanlar belə effekti görmək üçün şəkilə çox yaxından baxmalıdır. Uzaq məsafədə isə şüalar bir böyük boz fona çevriləcək (torlu qişanın məhdud həlledici imkanları hesabına). 100% görmə qabiliyyəti olanlar 5 metrdən bu şəkilə baxsa şüalar uzunluğunun düz ortasında yayılmağa başlayır (şüanın uzunluğu 5,0 sm olduqda mərkəzə 2,5 sm qalmış).

 

Əgər gözdə astiqmatizm varsa şüaların dəqiq görünmə sərhədi dairə yox ellips formasında olacaq (hətta daha mürəkkəb forma).