Plastika və rekonstruksiya

Konyuktivit

Konyunktivit zamanı gözlərin qızarması, sarı-yaşıl rəngli ifrazat və ya adi göz yaşı müşahidə olunur.

Konyunktivitin müalicəsi fərdidir və onu inkişafına səbəb olmuş amillərdən asılıdır.  

 

Konyunktivitin növləri:

  • infeksiyon:
  1. virus (adətən sulanma ilə müşahidə olunur) – daha çox özü keçir, sadəcə bu müddətdə çalışmaq lazımdır ki, heç kim yoluxmasın. Buna görə də şəxsi gigiyena vasitələrini ayırmaq lazımdır. 
  2. bakterial – belə konyunktiviti antibiotiklə müalicə edirlər. O da yoluxucudur, buna görə də yoluxdurmamaq üçün tədbirlər görülməlidir
  • allergik (irinli ifrazat olmur) – belə hallarda həkimin təyin etdiyi allergiya əleyhinə damcılardan istifadə etmək lazımdır

Pasiyent özü konyunktivitin növünü təyin edə bimir. Özünümüalicə sadəcə effektsiz olmur, həm də pasiyentə zərər verə bilər. Məsələn, virus konyunktivit çox zaman bakterial mənşəli ilə qarışdırılır, antibiotiklərlə müalicə olunur və fəsadlarla nəticələnir. 

Buna görə də tez və effektiv müalicə üçün professional tibbi yardıma müraciət etmək lazımdır.

Konyunktivit haqda daha ətraflı mənim bloqumda