Katarakta yalnız qocalarda olur

Bu katarakta ilə bağlı ən böyük yanlışlardan biridir. Katarakta anadangəlmə də ola bilər (anadangəlmə katarakta), əgər ana hamiləlik zamanı alkoqol qəbul edirdisə, infeksiya xəstəliklərini keçiribsə, radioloji şüalanmaya məruz qalıbsa, qazanılmış da ola bilər. Mənim təcrübəmdə hətta kataraktanın elektrik cəryan zərbəsindən sonra yaranması halı olub. 

Statistikaya görə, qazanılmış katarakta daha çox 50 yaşdan sonra təsadüf edir. Lakin bu o demək deyil ki, daha gənc yaşlarında xəstəlik inkişaf edə bilməz.

Kataraktanın yaranmasına hansı amillər təsir edir?

Daxili amillər  – xroniki xəstəliklər, pozulmuş metabolizm, steroidlərin qəbulu, zərərli vərdişlər.

Xarici amillər – gözün travması və yanıqları.

Bəs niyə kataraktaya məhz yaşlılarda daha çox rast gəlinir?

Məsələ ondadır ki, zamanla orqanizmin biokimyəvi prosesləri yavaşlayır, həll olunan zülalların sintezi azalır və nəticədə gözün büllur qişasındakı maye bulanmağa başlayır.

Katarakta əməliyyatı sizi problemdən azad edə bilər, lakin residiv riskini minimuma endirmək üçün bu patologiyanı təhrik etmiş amili aradan qaldırmaq lazımdır.

Katarakta necə aradan qaldırılır? Bu barədə daha geniş “XİDMƏTLƏRİMİZ” bölməsində oxuya bilərsiniz.

Oftalmologiyada botoks

Bilirsiniz ki, botoks kimi tanınan (əslində preparatın ticarət adıdır, məs., pampers, kseroks və s.) botulotoksin preparatı kosmetologiyay ftalmologiyadan gəlib? Botulotoksin inyeksiyaları blefarospazmın müalicəsində istifadə edilir.

Daha ətraflı

Üz iflicinin səbəbləri

Üz sinirinin nevriti – üz əzələlərinin hərəkətinə cavabdeh sinirlərin iltihabı və ya travması nəticəsində yaranır.. Niyə belə hal yarana bilər? Səbəb daha çox infeksiyon xəstəliklərdir

Daha ətraflı

Bazedov xəstəliynin simptomları

Baxedov xəstəliyi – qalxanvari vəzin normadan artıq tireoid hormon hasil etdiyi endokrin sistemi xəstəliyidir.  Bu patologiyanın çoxsaylı xarici təzahürü var. .  Bəs sizin endokrinoloqa müraciət

Daha ətraflı