Plastika və rekonstruksiya

Katarakta

Kataraktanın aradan qaldırmağın yeganə sınanmış yolu – bulanmış büllurun şəffafı ilə əvəz edilməsidir. Katarakta haqda çoxsaylı miflər gəzir. Onlardan biri də kataraktanın əməliyatsız müalicə oluna bilməsidir. Bu gün kataraktanın heç bir qeyri-cərrahi müalicə üsulu sübut olunmayıb və o hələdə araşdırma mərhələsindədir.

Əməliyyatı nə zaman etmək lazımdır?

Əməliyyatı katarakta aşkar olunan kimi etmək məsləhətdir. Buna səbəb pasientin gündəlik həyatda diskomfort hiss etməsi ilə yanaşı həm də onun digər göz xəstəliklərinin diaqnostikasına əngəl olmasıdır.

Katarakta əməliyyatı necə aparılır?

Müasir texnologiyalar vasitəsilə aparılan əməliyyat zamanı kataraktanı 2 mm-lik kəsikdən xaric edirlər, sonra bu kəsikdən pasient üçün fərdi seçilmiş linza taxılır.  

Çoxsaylı linza seçimi var və həkim onu seçərkən pasientin görmə qabiliyyətinin dərəcəsini, gözün və torlu qişanın yanaşı xəstəliklərini nəzərə alinmalıdır. Ən əsası isə – işi və həyat tərzi qeydə alınmalıdır.

Katarakta haqqında daha ətraflı mənim bloqumda oxuya bilərsiniz.