Üz sinirinin iflici – mimik əzələlərinin funksiyalarının pozulmasıdır.
Onun təzahürlərindən biri sinir iflici hesabına pasiyentin gözünü qapaya bilməməsidir.
Təəssüf ki, gözü bağlayan əzələnin funksiyasını, yəni sinirdən əzələyə gedən impulsu bərpa etmək mümkün deyil.
Biz sadəcə əzələni dartıb bərkidə bilərik, yaxud yuxarı göz qapağının qapanmasına yardım edən balaca yük bağlamaqla (qızıl və ya titan) onun funksiyasını bərpa edə bilərik. Bu, pasiyent üçün gündəlik həyatda diskomfort yaratmır.
Üz iflicinin səbəbləri haqda daha ətraflı mənim bloqumda.