Entropion və ektropion – göz qapağının daxilə və ya xaricə qatlanması halıdır. Pasiyent gündəlik həyatında güclü diskomfort hiss edir və cərrahi müdaxilə tələb edir. Bunlar həmçinin uğursuz blefaroplastikanın nəticəsi də ola bilər.
Bəs bunun blefaroplastika ilə nə əlaqəsi var?
Blefaroplastika xüsusi dəqiqlik tələb edən əməliyyatdır. Məhz buna görə həkimin professionallığı və kvalifikasiyasına xüsusi diqqət yetirmək lazımdır.
Əməliyat düzgün aparılmadıqda, həkim qeyri professional olduqda həddindən çox yumşaq toxumada kəsik aparıla bilər ki, bu da göz qapağının tam çevrilməsinə gətirib çıxardar. Entropion və ektropionun müalicəsi haqda xidmətlər bölməsində daha ətraflı tanış ola bilərsiniz.