Göz qapağının rekonstruksiyası əməliyyatları həm posttravmatik, həm də postcərrahi defektlərdə aparılır.
Göz qapağının bərpası onun hansı hissəsinin zədələndiyindən asılı olaraq aparılır. Bərpa üçün qığırdaq (məsələn, qulaq və ya sərt damaq qığırdaq), bədənin başqa yerindən alınan dəri və ya implant istifadə edilə bilər. Mən pasiyentin bədəninin hər-hansı hissəsini zədələməmək üçün implantdan itifadə edirəm.
Kiçik defektlər olduqda sadəcə onu aradan qaldırıb göz qapağı dərisini tikmək kifayədir. Bu üsul daha çox yaşlı pasiyentlərdə tətbiq olunur, çünki onların göz qapağında daha çox dəri var.
Belə əməliyyatlar pasiyent üçün aztravmatik olur və uğurlu alınır, onlar kiçik, hətta görünməyən iz buraxır. Bu əməliyytlar həm kosmetik, həm də funksional defektləri aradan qaldırmaq üçün yarayır.
Göz qapağı rekonstruksiyas haqda daha ətraflı bloqda oxuyun.