Plastika və rekonstruksiya

Qaş liftinqi
(Browlift)

Qocalma prosesi çox vaxt qaş xəttinin aşağı düşməsi və alında dərin qırışların yaranması ilə müşayiət olunur.  

Belə məqamda yardıma brouliftinq proseduru gəlir. Bu əməliyyat zamanı üzün yuxarı ⅓ hissəsi dartılır, bunun hesabına qaş xətti qalxır və alnın dərin qırışları hamarlaşır.  Bu prosedurla daha açıq və cavan baxış, bu nahiyədə isə daha bərk və elastik dəri əldə edirik.  

Cərrah əməliyyata olan bütün göstərişləri nəzərə almalıdır ki, üzün estetikası pozulmasın və bütün təbii cizgilər qorunub saxlanılsın. Həmçinin hər bir pasiyentin fərdi xüsusiyyətləri də diqqətə alınmalıdır.  

Brouliftinq haqda daha ətraflı mənim bloqumda