Plastika və rekonstruksiya

Hipermetropiya

Hipermetropiya – pasiyentlərin yaxında, zamanla isə uzaqda da  yerləşən əşyaların fokuslamaqda çətinlik çəkdiyi patologiyadır. 

Bunun yaşla nə əlaqəsi var?

Yaxını pis görmə  – anadangəlmə patologiyadır, uşağın bir gözü yaxşı görürsə, o şikayət etmir və təəssüf ki həmin göz tənbəlləşir.

Əgər hər iki göz hipermetropiyadan əziyyət çəkirsə, bir az böyüdükdə uşaq bunun fərqinə varır, çünki oxuduqda, telefon və ya kompüterlə işlədikdə baş ağrıları və ya yorğunluq əmələ gəlir.

 

Hipermetropiyanın müalicəsi 2 üsul ilə aparılır:

  • əməliyyat etmədən – eynək, kontakt linzalar (onlar pasiyentə daha yaxşı görməyə kömək edir, lakin görmə problemini aradan qaldırmır)
  • əməliyyatla – bunu da iki yolla edirlər:
  1. gözdaxili – linzaların implantasiyası əməliyyatı. Linzalar daimi olaraq gözə taxılır və insanın öz büllurunu əvəz edir.
  2. səthi – ALCON EX500 lazer eksimer aparatı ilə gözün lazer korreksiyası.

Eşitdiyimiz çoxsaylı miflərə rəğmən bunlar görmə problemini aradan qaldıran yeganə yoxlanılmış vasitələrdir. 

Onlar haqda daha ətraflı mən bloqumda danışıram.