Qlaukoma nədir? Qlaukoma – görmə sinirinin zədələnmsinə səbəb olan ağır göz patologiyasıdır. Vaxtında müalicə edilmədikdə geridönməyən tam korluğa gətirir.
Bəs gözdaxili təzyiq qlaukoma ilə necə bağlıdır?
Gözdaxili təzyiq qlaukomanın əsas səbəbidir. Əgər bu təzyiq vaxtında tənzimlənməzsə, görmə siniri zədələnir, nəticə olaraq isə tam korluq əmələ gəlir.
Normal göz daxili təzyiq göz daxili mayenin sirkulyasiyası hesabına 22-24 mm c.s. təşkil edir. Qlaukoma zamanı bu sirkulyasiya pozulur, maye toplanır və təzyiq qalxır.
Görmə sinirinə çox böyük güc düşür və ilk növbədə həssas sinir hüceyrələri zədələnir.
Qlaukomalı xəstələr görmə qabiliyyətini tədricən itirdiyindən, pasiyent bunu hiss etmir. İstisna hallarda gözdaxili təzyiq kəskin artanda pasiyent qəfil görmə qabiliyətini itirir.
Qlaukomanı erkən mərhələdə aşkar edib, inkişafını əngəlləmək mümkündür və vacibdir. Bu barədə daha geniş “Qlaukoma” bölməsində.