Görmə qabiliyyətinin köklə əlaqəsi

“Kök ye, gözə xeyirdir!” – uşalığımızın ən məşhur cümlələrindən biri. Bəs doğrudanmı kökün tərkibindəki A vitamini görməni yaxşılaşdırır?

İnsanların eynək taxmasının 4 səbəbi var: miopiya (uzağı görməmə), hipermetropiya (yaxını görməmə), astigmatizm (bulanıq görmə) və presbiopiya (40-45 yaşdan sonra kitab oxumaq üçün eynək taxmaq lazımdır). Əlbəttə ki, 5-ci səbəb də günəşdir. Üstəlik, 6-cı səbəb də var – qaynaq, daha doğrusu, qaynaqçının eynəyi. Amma mövzumuza dönək.

Bu patologiyaların hər birini aydınlaşdıraq:

  • Miopiya – insanın yaxını yaxşı, uzağı isə pis görməsi xəstəliyidir 
  • Hipermetropiya – mipiyanın tərsidir, yəni insan yaxında yerləşən obyektləri yaxşı görə bilmir. 
  • Astigmatizm – pasiyent baxışını fokuslaya bilmir, yəniinsan  bu xəstəikdə təsviri bulanıq, yayılmış görür.

Bunların hamısı A vitamini ilə necə əlaqəlidir? Cavab – heç cür. Bu cümlə II Dünya müharibəsi zamanı yaranmışdır. 

İngilislər öz pilotlrına gecə havada alman bombardmançılarını görmə imkanı verən radar icad etmişdilər. Bu texnologiyanı ictimayyətdən gizlətmək üçün britaniyanın hava qüvvələri məlumat yaymışdır ki, belə gözəl görmə qabiliyəti pilotlar üçün xüsusi yaradılmış və tərkibində çoxlu kök olan diyeta hesabına mümkün olub.  İllər sonra bu “nağıl” bütün göz xəstəlikərinə şamil edilməyə başladı və bu günə qədər məşhurdur.

Beləliklə, göz refraksiysının nə müalicəsinin, nə də profiaktikasının türkəçarə üsulu yoxdur. Miopiya, hipermetropiya və astiqmatizmin sübut olunmuş müalicə metodları barədədaha geniş “XİDMƏTLƏRİMİZ” bölməsində.

Oftalmologiyada botoks

Bilirsiniz ki, botoks kimi tanınan (əslində preparatın ticarət adıdır, məs., pampers, kseroks və s.) botulotoksin preparatı kosmetologiyay ftalmologiyadan gəlib? Botulotoksin inyeksiyaları blefarospazmın müalicəsində istifadə edilir.

Daha ətraflı

Üz iflicinin səbəbləri

Üz sinirinin nevriti – üz əzələlərinin hərəkətinə cavabdeh sinirlərin iltihabı və ya travması nəticəsində yaranır.. Niyə belə hal yarana bilər? Səbəb daha çox infeksiyon xəstəliklərdir

Daha ətraflı

Bazedov xəstəliynin simptomları

Baxedov xəstəliyi – qalxanvari vəzin normadan artıq tireoid hormon hasil etdiyi endokrin sistemi xəstəliyidir.  Bu patologiyanın çoxsaylı xarici təzahürü var. .  Bəs sizin endokrinoloqa müraciət

Daha ətraflı