Əgər istənilən məsafədə görmə yaxşıdırsa, deməli sizin görmə deffektiniz yoxdur.
Amma belə də olur ki, travma nəticəsində, əməliyyatdan sonra düz getməyən sağalmadan və ya müalicənin yan təsirindən sonra gözün qüzehli qişası, göz bəbəyi və ya sklera zədələnir. Bu deffektlər işıq qorxusu, göz yaşarması, görmənin zəifləməsi, kosmetik deffektlər, ikincili qlaukoma və ağır hallarda tam korluqla nəticələnir.
Rekonstruktiv cərrahiyə əməliyyatları gözün itirilmiş və ya zədələnmiş strukturları və funksiyalarını bərpa edir. Pasiyentin görməsi qismən və ya tamamilə bərpa olunur.
Gözün travması zamanı ilk tibbi yardım haqda burada oxuyun.