Plastika və rekonstruksiya

Gözdaxili linzalar

İntraokulyar linzalar – katarakta zamanı insanın öz bulanmış linzasını (büllurunu) əvəz edən linzalardır. Onları kataraktanın müalicəsi zamanı istifadə edirlər, bəzi hallarda isə onlar gözün lazer korreksiyası zamanı alternativ hesab olunur (onları kontakt linzalarla qarışdırmayın).

 

Gözdaxili linzalar birdəfəlik və ömürlük qoyulur. Onlar gecə çıxarılmır, dəyişilmir, qulluq tələb etmir. Bu linzalar gözün daxilində yerləşir və insan onları ümumiyyətlə hiss etmir. 

Linzalar iki növ olur:

  • afakik – bu linzalar büllurun süni əvəzidir və kataraktanın müalicəsində istifadə olunur;
  • fakik – refraksiya anomaliyalarının korreksiyasında bülluru çıxartmadan istifadə olunur;

Afakik linzalar öz növbəsində aşağıdakı növlərə bölünür: 

  • monofokal – pasiyentə yalnız bir distansiyanı görmə imkanı verir – ya uzaq, ya yaxın
  • Multifokal – pasiyent əməliyyatdan sonra uzağı da, yaxını da eyni dərəcədə yaxşı görür
  • Torik – pasiyentdə astiqmatizmi korreksiya etməyi imkan verir 
  • Birləşmiş multifokal və torik linzalar – pasiyenti həm astiqmatizmdən, həm də eynək taxmaqdan azad edən yeganə linzalardır.