Burun-gözyaşı kanalının tutulması ya 1 yaşa qədər körpələrdə, ya da böyüklərdə aşağıdakı səbəblərdən təsadüf edir:
- Gözün infeksiyası və iltihabı. воспаления слизистой носа приводят к формированию спаек в путях оттока слезы.
- göz yaşı yaranmasında iştirak edən hər-hansı strukturun travması (o cümlədən əməliyyatı).
- burnun, gözyaşı kisəsinin. sümüklərin bəzən gözyaçı kanalını bağlayacaq qədər böyük törəməsi.
- Gözyaşı kisəsində daş
- bəzi preparatların qəbulu (məs., antiqlaumatoz və ya dosetaksel preparatının kimyaterapiyası)
Burun-gözyaşı kanalının zondlanması xüsusi göstərişlər və cərrahın professioanl olmasını tələb edir.
Bu barədə xidmətlər bölməsində danışmışdm.
Bu prosedur necə baş verir?
Tutulma ona görə baş verir ki, kanalda “tıxac” yaranır.
Kanal gözün daxili küncündə yerləşir, “yanlış” kanal açmayıb fəsad yaratmamaq üçün çox diqqətli olmaq lazımdır.
Həkim burun-gözyaşı kanalına zond salaraq bu “tıxacı” açır. Prosedurdan sonra Pasiyentin gözünə damcı salınr, buruna idə pambıq tampon qoyulur. Əgər pambığın üzərində nəm izlər əmələ gəlirsə, demək, əməliyyat uğurla keçib və bundan sonra diskomfort hissi olmayacaq.
Əgər bu problem xroniki xarakter daşıyırsa və 3 prosedurdan sonra belə istənilən nəticəni əldə edə bilmiriksə dakrisistorinostomiya əməliyyatına (burun-gözyaşı kanalının funksiysının bərpası) ehtiyac yarana bilər. Ya da gözyaşı kanalına silikon stendlərin yeridilməsi.