Burun-gözyaşı kanalının tutulması – göz yaşının təbii kanalla axmasının əngəlləyən patologiyadır.
Belə problem daha çox yenidoğulmuşlarda rast gəlinir, lakin 1 yaşa qədər burun-gözyaşı kanal üzərində hər-hansı əməliyyat aparılması məsləhət görülmür, çünki adətən körpələrdə o, cərrahi müdaxiləsi olmadan açılır.
Bir yaşdan sonra isə bu əməliyyat belə aparılır:
Həkim göz yaşı kanalına xüsusi alət olan zondu yeridir. Zond tıxacı deşərək kanalı genişləndirir.Sonra kanalı yuyurlar.
Belə əməliyyat cərrahlıqda dəqiqlik tələb edir ki, burun-gözyaşı kanalda yanlış keçid açıb bunu xroniki problemə çevirməsin.
Bu əməliyyatın fəsadları haqda mənim bloqumda oxuya bilərsiz