2015-ci ildən mən Azərbaycanda ALLERGAN-ın (Bokoks® istehsalçısı) rəsmi təlimçisiyəm. Bu o deməkdir ki, mən botulotoksin və fillerlərin yeridilmə texnikası üzrə elmi-praktik seminarlar və treninqlər keçirirəm.
Botulotoksin FDA (qıda məhsulları və medikamentlərə sanitar nəzarət üzrə idarə — ABŞ Səhiyyə və sosial xidmətlər Nazirliyi) tərəfindən çəpgözlüyün, blefarospazmın və hemifassial spazmın müalicəsi üçün təsdiqlənib.
Bloqumda da yazdığım kimi, bu preparat sadəcə blefarospazmın müalicəsi üçün deyil, həm də estetik korreksiya üçün aktiv istifadə edilir.
Öz okuloplastik təcrübəmdə mən həmçinin gözətrafı zonada cavanlaşdırma inyeksiya metodlarını da tətbiq edirəm.