Blefarospazm – gözlərin qeyri-ixtiyari qapanma və göz qırpması ilə müşayiət olunan gözətrafı əzələlərin spazmıdır.
Blefaropazm törəmələr, kəllə-beyin travması, infeksiya, Turett sindromu və ya ümumiyyətlə hər hansı səbəb olmadan (ki. çox zaman belə də olur) yarana bilər.
Blefarospazm necə büruzə verir?
Bu spazm yorğunluq zamanı və güclü işıqda spastik gözqırpma ilə ifadə olunur.
Blefarospazmı gözün dairəvi əzələsinə botulotoksin iynələri vurmaqla müalicə edirlər.
Bununla əzələdəki spazm aradan qaldırılır.
Ağır hallarda və ya botoksa əksgöstəriş olanda selektiv mioektomiya edirlər – gözü bağlayan bəzi əzələlərin kəsilməsi.
Botoks inyeksiyaları ilə müalicə – bu gün blefarospazm ilə ən effektiv mübarizə üsuludur. Fəsadlar riskini azaldır və pasiyent üçün ən yaxşı nəticəni verir.
Blefarospazm haqda daha ətraflı bloqda da oxuya bilərsiiniz.