Blefaroptoz – üst göz qapağının anormal aşağı yerləşməsidir.
Bu patologiya üst göz qapağına cavabdeh olan levator-əzələnin funksiyasının pozulması ilə əlaqəlidir.
Onun anadangəlmə (levator əzələ ya inkişafdan qalır ya da ümumiyyətlə yoxdur) və qazanılmış formaları var.
Üst qapaq ptozu hansı səbəblərdən yarana bilər?
- nevrotik (əzələnin işinə təsir edən sinir sistemi patologiyaları) və ya nevroloji (məs., insult və ya ensefalit) səbəblər
- baş beynin kistası və ya törəməsi
- göz təzyiqinin düşməsi.
Əgər siz özünüzdə üst göz qapağının qismən və ya tamamilə sallanması müşahidə edirsinizsə, bu problemi əməliyat yolu ilə həll etmək olar. Bu barədə daha ətraflı xidmətlər bölməsində.