Plastika və rekonstruksiya

Blefaroptoz (ptoz)

Blefaroptoz – gözün qismən və ya tam qapanmaqla müşayiət  olunan üst qapağın anomal düşməsidir. Səbəb ya üst göz qapağını qaldıran əzələnin anomaliyası, ya da gözün hərəki siniri patologiyasıdır.

Gözlər çox tez yorulur, qıcıqlanır, daha yaxşı görmək üçün pasiyentlər başını arxaya atır.

Vaxtında müalicə olunmamış blefaroptoz çəpgözlüklə və  diplopiyanın (görmənin ikiləşməsi) inkişafı ilə nəticələnə bilər.

Əməliyyat zamanı levator əzələnin və ya üst göz qapağının aponevrozunu qısaltmaq və aşağı kənarını bərkitmək lazımdır.

Əməliyyat həm də estetik defektləri aradan qaldırır və sonra da pasiyent öz günlük həyatında diskomfort hiss etmir.

Blefaroptoz haqda daha ətraflı bloqumda da oxuya bilərsiiniz.

Ptozun aradan qaldırılması
Ptozun aradan qaldırılması
Ptozun aradan qaldırılması
Anadangəlmə ptoz. Yuxarı göz qapağının levator əzələsinin əməliyyatı.
Anadangəlmə ptoz. Yuxarı göz qapağının levator əzələsinin əməliyyatı. Asqı əməliyyatı DEYIL!
Anadangəlmə ptoz. Yuxarı göz qapağının levator əzələsinin əməliyyatı. Asqı əməliyyatı DEYIL!
Anadangəlmə ptoz. Yuxarı göz qapağının levator əzələsinin əməliyyatı.
Ptozun aradan qaldırılması əməliyyatı
Previous slide
Next slide