Blefaroplastik və kantoplastika – göz qapaqlarında aparılan əməliyyatlardır və hər ikisi pasiyentdə daha açıq və ifadəli baxış əldə etmə imkanı verir.
Üst blefaroplastika və kantopladtika əməliyyatları çox bənzər olduğundan onları tez-tez qarışdırırlar.
Bəs onların fərqi nədir?
Üst göz qapağının blefaroplastikası – üst göz qapağının dərisində toplanıb sallanan artıq qatları aradan qaldırmaq üçün aparılır. Bunun üçün yaşla bağlı dəyişikliklər, ptoz və ya anadangəlmə göz qapağının sallanması göstəriş ola bilər. Ehtiyac yarandıqda blefaroplastikanı alt göz qapağında da aparmaq olar.
Kantoplastikanı isə gözün forma və kəsimini dəyişmək üçün edirlər. Əməliyyat zamanı həkim kantal vətərin üstünü açır və onu sürüşdürmə hesabına gözün kənarını qaldırır. Bu barədə daha ətraflı xidmətər bölümündə oxuya bilərsiniz